Rey Kərimoğlu: ” Belə görüşlərə böyük ehtiyac vardı”

Rey Kərimoğlu: ” Belə görüşlərə böyük ehtiyac vardı” backend

Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti Türkiyənin paytaxtı Ankarada görüşlərini davam etdirir.

Səfərdə olan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib ki, səfər uğurla keçir:” Hər gün müxtəlif görüşlər, tədbirlər keçirilir. Belə görüşlərə böyük ehtiyac vardı. Azərbaycan həqiqətlərini, Qarabağ problemlərini daha ətraflı şəkildə qardaş ölkədə ictimayyətin diqqətinə çatdırmaq üçün çox faydalı məqamdı. Hesab edirəm,Türkiyə qazilər ilə Azərbaycan qazilərinin görüşlərini mütəmadi təşkil etmək məqsədəuyğundur.

Xatırladaq ki, nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ,eləcə də hakimiyyət rəsmiləri və ictimaiyyət nümayəndələri ilə müxtəlif görüşlərdə iştirak ediblər.

Qaziler.az
Diaspora