Ukrayna Prezidenti Pyotr Poroşenko ukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyinin (MDB) səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr verib.
Axar.az xəbər verir ki, Poroşenko Avropa Birliyinə inteqrasiya istiqamətində addım atdıqları üçün MDB-də təmsil olunmağın mənasız olduğunu söyləyib.Qeyd edək ki, bir müddət öncə Poroşenko açıqlamasında AB-yə üzvlüyün dəstəkləndiyini bəyan edib: “Avropa artıq çoxdan coğrafi kateqoriya deyil. Bu hər şeydən əvvəl ümumi müstəqillik, demokratiya və insana, onun haqlarına hörmət dəyərləridir. 70% ukraynalı artıq Ukraynanın AB-yə üzvlüyünü dəstəkləyir. Biz böyük Avropa ailəsinin üzvü olacağıq”.