Hollandiyada əsas müxalifət partiyalarından olan ifrat sağçı Azadlıq Partiyası - PVV - lideri Geert Wilders "Məhəmməd Peyğəmbər karikaturası" müsabiqəsi elan edəcəiyni parlamentdə açıqlayıb.
İfrat sağçı lider, bu müsabiqəni ifada azadlığına edilən təzyiqlərə qarşı bir tədbir olaraq təşkil etdiyini bildirib.Bu haqda “BBC Türkçe” üçün Hollandiyadan müxbir Yusuf Özkan xəbər verir.
Müsabiqədə birinci yeri tutan karikaturaya 5000 avro, ikincisinə isə 2500 avro mükafat veriləcək. Wilders mükafatları "əliaçıq biri"nin ödəyəcəyini bildirib.
Müsabiqənin jürisi Wilders və karikaturaçı Bosch Fawstin-dən ibarət olacaq.
Fawstin 2015-ci ildə Texas ştatının Garland şəhərində keçirilən və Məhəmməd Peyğəmbərin karikaturasını sərgilədiyi üçün iki müsəlman tərəfindən hücum edilən müsabiqədə mükafat alıb.
Wilders deyib ki, ifadə azadlığını müdafiə etmək üçün "güclü bir əks səs" çıxarmanın zamanı gəlib. O, azad düşüncənin, gedərək daha çox basqı altına alındığını bildirib.
O deyib ki, təşkil etmək istədiyi müsabiqənin keçirilməsinə parlamentdə icazə verilməsə, onu başqa yerdə keçirəcək.
Muxalifet.az