Bir neçə gün öncə ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satışlar departamentində baş inteqrator və heyət başçısı təyin edilən Azərbaycan əsilli Nəimi Amiral Feysbuk səhifəsində maraqlı status paylaşıb.
Axar.az xəbər verir ki, o, Qarabağın işğalda, Güney Azərbaycanın qeyri-azad olduğuna bu cür reaksiya verib:“Bəzən məndən soruşurlar ki, sən Naxçıvanda doğulmusan, bəs niyə çox yerdə Qarabağdan olduğun yazılır? Və yaxud, “niyə Güney Azərbaycandan olduğun yazılır?” Dostlar, nə qədər ki Qarabağ işğal altındadır, hamımız qarabağlıyıq; nə qədər ki, güneyli qardaşlarımızın azadlığı yoxdur, hamımız güneyliyik”.
">