Ötən gün Qaziler.az saytında Qarabağ əlili, jurnalist Məğrur Bədəlsoyun "POLKOVNİKƏ 11 MANATLIQ MÜAVİNƏT DƏRSİ -PREZİDENTİN FƏRMANINI “ƏSL KİŞİLƏR” TANIMIR? " (məqaləyə tıklayaraq yazı ilə buradan tanış ola bilərsiniz) məqaləsi dərc olunmuşdu.
Məqalənin müəllif hərbi ekspert polkovnik leylenant Üzeyir Cəfərovun Pensiya-müavinət sistemi bağlı fikirlərini ciddi tənqid etmişdi. Qarşı tərəfin mövqeyini də dərc etməklə məsələyə aydınlıq gətirilməsinə calışdıq.Hərbi ekspert polkovnik leylenant Üzeyir Cəfərov:
-Əziz dostlar! Hörmətli həmkarlar!
Son günlər bəzi hökumət və dövlət strukturları, həmçinin onların indiki və sabiq rəhbərlərindən bəziləri ilə bağlı bir neçə vacib saydığım tənqidi yazılar bəzi "narahat şəxslər" tərəfindən öz əlaltıları və qulbeçələri tərəfindən tanınmayan, bəzən isə bir az tanınan saytlarda və qəzetciklərdə tamam başqa istiqamətə yönəldilir və "təhlil edilir". Hətta, bəzi özünəvurğunlar isə çox bəsit formada çalışırlar ki, yazılanlara, qaldırılan problemlərə deyil, öz cılız mülahizələrinə, düşüncələrinə əsasən, yazı müəllifi kimi mənə "qiymət versinlər".
Belə anladım ki, bir vaxtlar sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun haram süfrəsindən qidalananlardan biri də Məğrur Bədəlsoy adlı özünü Qarabağ əlili və jurnalist kimi təqdim edən şəxs olub. Görün nə günə qalmışıq ki, bu "krışası gedən" (hər mənada) şəxs, dünən mənə guya "dərs keçməyə" cəhd edib və başından çox böyük səhvlərə yol verib. Əsla onun səviyyəsinə enmək fikrim yoxdur və sadəcə bir kəlmə demək istəyirəm ki, Məğrur Bədəlsoylar kimi şəxslər bir məsələ haqqında danışmazdan, yazmazdan öncə əvvəl dərindən məsələnin mənasını və məğzini anlasınlar, sonra isə öz bəsit fikirlərini oxucuların, xüsusən də əsl müharibə adamlarının, Şəhid ailələrinin və əlillərinin diqqətinə çatdırsınlar. Vallah, tam səmimi deyirəm ki, son vaxtlar Azərbaycanda o qədər əcaib, əndrabadi və ağılı, başı şinanay olan "vunderkind" məxluqlara rast gəlinir ki, inanın ki, söz tapmaq çətin olur. Şəxsən mən həmən "ağıllı və savadlı" Məğrur Bədəlsoya məsləhət görərdim ki, getsin sənədlərini versin Ali Məhkəmənin hakimliyinə və 20-30 il hüquqi məsələləri, incəlikləri dərindən bilən bir çox savadlı və bacarıqlı hakimlərin "səhvlərini" düzəltsin. Deməli, ƏƏSM-nin sabiq rəhbərliyinin yarıtmaz iş fəaliyyəti ilə bağlı yazdıqlarımın hamısı ALİ MƏHKƏMƏNİN İnzibati İqtisad Məhkəməsinin üç hakimindən ibarət Kollegiya üzvlərinin birgə gəldikləri nəticəyə əsasən burada göstərilmişdi və azdan-çoxdan qanunları bilən şəxs kimi demişdim ki, bəli, qəbul edilən Qərar tam əsaslı və hüquqi cəhətdən tam doğru-düzgün təsvir olunub. Amma, görünür, Səlim Müslümovun bu yaxınlara qədər hərtərəfli diqqət və qayğısının daha bundan sonra olmayacağını anlıyan Məğrur Bədəlsoylar, indi diqqəti əsas məsələdən yayındırmaq üçün məni öz aləmlərində guya aşağılamaq, hətta təhqir etmək üçün çabalar göstərirlər. Ay, yazıxx Bədəlsoy, sənə ƏƏSMN-in nəzdində olan müalicə klinikalarından birində təcili güclü həkim müalicəsi və psixoloji kömək gərəkdir. Siz hələ də Səlim Müslümov gedəndən sonra necə olacağınızı düşünərək, ona-buna "dərs" keçməyə cəhd edirsiniz. Sizin kimi vicdanını, əqidəsini və qələmini satan məxluqlardır ki, bu gün əsl Qarabağ əlil və veteranlarının, həmçinin Şəhid ailələrinin qayğı və problemlərini dilə gətirmək yox, öz şəxsi maraqlarınızı güdürsünüz. Heç kim heç kimi şantaj etmir və indi şükürlər olsun ki, internet əsrində hamı nəyin nə olduğunu və kimin də kim olduğunu çox rahat bilir. Ona görə də, Məğrur Bədəlsoy, başınız sağ olmasın, Səlim Müslümov hadisəsinə görə. Siz hələ çox şeylər eşidəcəksiniz. Amma, lütfən keçmiş və indiki ağalarınıza yarınmaq üçün bir şey yazmaq istəsəniz, əvvəl məsələnin mahiyyətinə varın, sonra isə, öz "şedevlərinizi" ictimai müzakirəyə çıxarın.
Bu birinci növbədə adı Məğrur olub, əslində isə bədəli tam axıradək odənməyən şəxslərə aiddir. Tanrı sizə kişi kimi öz həyatınızı yaşamağı nəsib etsin.Daha başqalarına görə pis,rəzil durumda görünmək Qarabağ qazisi, əlili, veteranı və xüsusən də Şəhid ailəsi üçün əsla yolverilməzdir. Bu kateqoriyadan olan şəxslər Azərbaycan Cəmiyyətinin ən sayılıb-seçilən nümayəndələrindən hesab olunmalıdırlar.
Qaziler.az saytı olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmaq borcumuz olsa da, hər iki tərəfi görüşüb. söhbət etməyə. ortaq bir məxrəcə gəlməyə cağırırıq.