Səudiyyə Ərəbistanının kralı Salman bin Abdulaziz, Müsəlmanlar üçün mübarək sayılan zəmzəm suyu haqqında təəccübləndirən fikir bildirib
Kral Salman, Kəbə imamı Sudeysiyə zəng edərək zəmzəm suyunun dadının dəyişdiyini söyləyib.Səudiyyə Ərəbistanının media orqanlarından "Ukaz" qəzetinin xəbərinə görə, kral Salman, müvafiq rəsmiləri paytaxt ər-Riyada çağıraraq zəmzəm suyunun dadında və keyfiyyətində bir dəyişiklik olduğunu deyib.
Xəbərə görə, kral Salman, Müsəlmanların müqəddəs məkanı Kəbədə imamlıq vəzifəsini və Məscid-i Haram və Məscid-i Peyğəmbər İşlərinə ümumi rəhbərlik edən Əbdürrəhman es-Sudeysiyə zəng edərək ondan zəmzəm suyunun dadı və təmizliyi haqqında məlumat alıb.
Sudeysi, kral Salmanın ona zəng etdiyini və zəmzəm suyunun dadında fərq olduğunu bildirərək, "Zəmzəm suyuna nə qatırsınız ki, dadı dəyişib" deyə, sual verdiyini qeyd edib.
Müxalifət.az