Qıymadan atəş açırlar. Bir dövlət terror edir.
Qıymadan atəş açırlar. Bir dövlət terror edir.Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Təəssüf ki, şəhid sayı 52-ə çatdı. Bir tərəfdən musiqili, əyləncəli açılış, digər tərəfdə qırğın. İkisi də eyni yerdə baş verir. Amerikanın tərslik göstərməsi ciddi bir durum yaratdı. Artıq ABŞ vasitəçilik etmək üçün etibarını itirdi", - Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, bu gün ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimi keçirilib. Buna etiraz edən fələstinlilərə qarşı İsrail ordusunun müdaxiləsi nəticəsində 41 nəfər ölüb, 1700 nəfər yaralanıb.