Türkiyənin prezidenti Ərdoğan Londonda Türkan Fondunun keçirdiyi tədbirdə çıxış edib.
Ərdoğan, "Qüdsü, İsrailin paytaxtı kimi nə qədər tanıyırsınız, tanıyın. 128 ölkə mövqeyini çox aydın ortaya qoydu ki, Qüds Fələstinin paytaxtıdır" deyib.Türkiyə prezidenti Ərdoğan, İnterkontinental Oteldə təşkil olunan axşam yeməyində Turan Fondunun mənsubu olan tələbələrlə bir araya gələrək, iştirakçılara müraciət edib.
ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı çıxış edən Ərdoğan, “Sabah bir addım atılır. Qüds İsrailin paytaxtı elan edəcəklər. Nə qədər elan edirsiniz, edin. 128 ölkə Qüdslə bağlı mövqeyini ortaya qoyub. Qüds Fələstinin paytaxtıdır” deyə, bildirib.
BİR SIXINTI MİN XEYİR QAPISI AÇIR
“Bir insanı böyük edən düşüncələridir. İnsan arzuları olduqca canlı və diridir. Uğurun açarı əzm, iradə və intizamdır. Dünya həyatı tikansız gül bağçası deyil, heç vaxt da olmayacaq. Dünya həyatı bizim üçün imtahandır. Bəzən bir sıxıntı min xeyir qapısı açır.
QÜDS FƏLƏSTİNİN PAYTAXTIDIR
“Sabah bir addım atılır. Qüdsü İsrailin paytaxtı edəcəklərmiş, nə etsəniz, edin. 128 ölkə Qüdslə bağlı mövqeyini ortaya qoydu. Qüds və xüsusilə Şərqi Qüds Fələstinin paytaxtıdır. Bunu İslam dünyası olaraq biz belə bilirik.
ABŞ insanlığın haqq, ədalət və haqq şüuruna uyğun gəlməyən bu addımı ilə bütün BMT qərarlarını, hətta öz ənənələrini pozmuş, beynəlxalq ictimaiyyətdəki etimadını sarsmış və münaqişənin həllində vasitəçi rolunu itirmişdir. ABŞ səfirliyini Qüdsə köçürərək, həqiqətən sülh istədiyini dəfələrlə sübut edən Fələstin tərəfini cəzalandırmışdır”.
Müxalifət.az