Əl-Qaidə lideri El-Zevahirdən ÇAĞIRIŞ

Əl-Qaidə lideri El-Zevahirdən ÇAĞIRIŞ backend

Əl-Qaidə lideri El-Zevahiri, Qüds üçün cihad çağırışı etdi.

Zevahir-i verdiyi açıqlamada bunları deyib: “Amerikanın, səfirliyini Təl-əvivdən Qüdsə köçürməsi, Fələstinlilərin bir daha arxadan bıçaqladığını göstərərək ABŞ-ın razılaşma mövzusundakı gerçək üzünü və saxtakarlığını üzə çıxarmış oldu”.
5 dəqiqəlik video çəkilişdə danışan Zevahir-i bunları qeyd edib: “Tramp bu qərarı ilə səlib yürüşü planlarının çoxdan başladığını açıq bir şəkildə ortaya qoymuş oldu. Müsəlmanlar bu qərara qarşı hərəkət keçib, cihada başlaması lazımdır”.
Usamə bin Ladenin 2011-ci ildəki ölümündən sonra Əl-Qaidənin başına keçən Misirli həkim Zevahir-i, Fələstin rəhbərliyini xain elan edərək "Bunlar Fələstini satıb" - deyib.

Zevahir-i həmçinin Müsəlman ölkələrinin bu məsələdə uğursuz olduğunu və yeganə həllin İslam şəriəti olduğunu vurğulayıb.

Əl-Qaidə lideri sözlərini belə bitirib: “Bunlar (Qərb) müzakirələrdən, oturub, danışmaqdan anlamırlar, çünki bu, onlara sərf etmir. Anladıqları tək şey və yeganə həll müqavimət və cihaddır.

Məlum olduğu kimi, Amerika səfirliyi bu gün Təl-Əvivdən Qüdsə köçürülməsi ilə əlaqədar böyük mərasimlər keçiriləcək. İsrail təhlükəsizlik qüvvələri bu təntənələr üçün yüksək səviyyəli təhlükəsizlik tədbirlər alıb.

Müxalifət.az

Diaspora