Müharibə olsa, iranlı qaçqınlar iki ölkəni seçəcək – Ekspert

Müharibə olsa, iranlı qaçqınlar iki ölkəni seçəcək – Ekspert backend

İrana hərbi müdaxilə olsa, bu ölkədə yaşayan əhalinin bir hissəsi daha sakit ölkələrə üz tutmaq məcburiyyətində qalacaq.

Bu halda İrandan olan qaçqınların daha çox qonşu ölkələrə üstünlük verə bilərlər.

Bunu Teleqraf.com-a açıqlamasında miqrasiya üzrə ekspert Azər Allahverənov deyib.

Ekspertin sözlərinə görə, İran qaçqınları münaqişə vəziyyətində daha çox Türkiyə və Azərbaycana üz tuta bilərlər:

“Türkiyəni ona görə seçə bilərlər ki, buradan Avropaya və dünyanın digər dövlətlərinə üz tutmaq imkanı genişdir. Azərbaycanı isə bu ölkəyə dini və milli mənsubiyyətdə özəlliklər bağlayır. Buna görə də, qaçqınların müəyyən hissəsinin Azərbaycana üz tutması mümkündür. Hazırda Azərbaycanda kənar dövlətlərdən 70-dən çox qaçqın statusuna sahib insan var. Əksəriyyəti İrandan olan insanlardır”.

Azər Allahverənov hesab edir ki, müharibə vəziyyətində iranlı qaçqınların seçə biləcəyi ölkələrin sayı çox deyil: “Qonşu Əfqanıstanda vəziyyət məlumdur. İraqda ictimai-siyasi gərginlik hökm sürür. Ermənistan isə qaçqın qəbul etmək gücündə deyil”.

Diaspora