Şimali İraq Kürd Muxtariyyətinin Baş naziri Neçirvan Bərzani İraqda keçiriləcək parlament seçkilərindən sonra rəsmi Bağdadla normal münasibətlər qurmağa hazır olduqlarını açıqlayıb.
Teleqraf .com xarici KİV-ə istinadən xəbər verir ki, Bərzani seçkilərin Ərbil üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.O, Bağdad və muxtar hokumət arasındakı əsas anlaşılmazlığın Konstitusiya üzərində olduğunu da diqqətə çatdırıb: “Seçkilərdən sonra rəsmi Bağdadla münasibətlərimizi normallaşdırmağa və Konstitusiyanın bütün öhdəliklərini yerinə yetirməyə hazırıq”.
Bərzani kürdləri seçkilərdən sonra İraqın mərkəzi hökuməti ilə ortaq məcrəcə gəlməyə çağıraraq, bu ölkənin ərazi bütövlüyünü dəstəklədiklərini deyib.