ABŞ, Fransa və PKK TÜRKİYƏYƏ QARŞI BİRLƏŞDİ

ABŞ, Fransa və PKK TÜRKİYƏYƏ QARŞI BİRLƏŞDİ backend

Türkiyəyə hücum edən qlobal güclərin Suriyanın PKK nəzarətində olan Raqqa şəhərində, gizli bir "seçki xaosu” toplantısı keçirdikləri ortaya çıxıb.

Türkiyənin prezident Ərdoğanın erkən seçki qərarını açıqladığı 18 apreldən 10 gün sonra Amerikalı və Fransız zabitlər layihə terror təşkilatı PKK-nın terror yuvası Qəndildən gələn yüksək səviyyəli rəhbərləri ilə bir araya gəlib.

““Canlı bomba” aksiyası keçirin”

Xüsusi xidmət orqanlarının ortaya çıxardığı qaranlıq iclasın gündəm maddəsi isə Türkiyədə iyunun 24-də keçiriləcək seçkilər ərəfəsində terror aktları olub. İclasda ABŞ və Fransız zabitlər PKK-ya “marginal sol təşkilatlarla birləşib, birlikdə “Gəzinti və Ədalət Yürüşü” tərzində küçələri qarışdıracaq hərəkətlər edin” təlimatını verib. İstanbul, Ankara və Suriya ilə həmsərhəd olan rayonlarda isə “canlı bomba” aksiyalarının keçirilməsi tələb olunub.

Alçaq göstərişlər!

ABŞ və Fransız zabitləri 29 apreldə Raqqada keçirilən toplantıda terror təşkilatlarına bu tapşırıqları veriblər:
-terror təşkilatları müxtəlif küçə aksiyaları keçirmək üçün bir “çətir” altında təşkilatlanacaq. Beləliklə də etiraz aksiyalarında iştirakçıların sayı artırılacaq.
-CHP sədri Kamal Kılıçdaroğlunun keçirdiyi “Ədalət Yürüşü” kimi, kütləvi aksiyalar keçiriləcək.
-Suriya ilə həmsərhəd olan rayonlar ilə böyük şəhərlərdə canlı bomba aksiyaları keçirərək cəmiyyətdə qorxu xofu yaradılacaq.

-PKK/ KCK nəzarətində olan “ANF” adlı internet saytında dərc olunan xəbərlərdə “Kürdüstan” və iyerarrxiyalarda təbliğat və təşkilatlanma üçün əhəmiyyətli bir fürsətin olduğu izah ediləcək.

-Aksiyalarda PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalana edilən təzyiqlər süni olaraq qabardılacaq.

-Yenə eyni şəkildə “Kürdüstan” xalqlarına edilən “zülm” məsələsi qabardılacaq və bunun hesabını sormaq üçün xalqın toparlanmasına çağırışlar olacaq.

Müxalifət.az
Diaspora