İrana qarşı sərtləşən beynəlxalq təzyiqlər Güney Azərbaycan məsələsini gündəmə gətirə bilər.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zəlimxan Məmmədli deyib. O, böyük güclərin Güney Azərbaycan məsələsindən İrana qarşı daxili təzyiq vasitəsi kimi istifadə edə biləcəklərini istisna etmir:“Güney Azərbaycan məsələsinin həllini Rusiya, ABŞ, yaxud, digər güclərə həvalə etmək doğru deyil. Bu məsələni onlar həll etsələr, Güneydə yaşayan soydaşlarımız öz istədiklərinə nail olmayacaqlar. 30 milyonluq bir xalq öz taleyini kənar güclərin əllərinə verməməlidir. Milli Hərəkat Trampsız, yaxud, Amerikasız hərəkət etməlidir. Amma nüvə anlaşmasını ləğv edən Amerika İrana qarşı daxildəki vasitələrdən istifadə edə bilər. Hər halda liberallaşmaq istəməyən İran müasir dünyanın tələblərinə cavab vermir. Buna görə də bu ölkəyə qarşı daha radikal metodların işə düşməsi başadüşüləndir. Bu baxımdan, Güney Azərbaycan faktorundan İrana qarşı istifadə etməyə çalışa bilərlər”.