“Azərbaycan əsla Qarabağ terrorçuları ilə münaqişə tərəfi kimi danışıqlar masasında əyləşməz”

“Azərbaycan əsla Qarabağ terrorçuları ilə münaqişə tərəfi kimi danışıqlar masasında əyləşməz” backend

Azər Rəşidoğlu: “Əslində, heç İrəvan da münaqişə tərəfi deyil”

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağ probleminin həlli üçün Azərbaycan prezidenti ilə yalnız o halda görüşəcəyini bildirib ki, bu danışıqlarda separatçı Qarabağ rejiminin rəhbərliyi də iştirak etsin

Paşinyanın danışıqlara üçüncü tərəfi daxil etmək istəyi nəyə hesablanıb və elə bir situasiya yarana bilərmi ki, həqiqətən də qondarma rejim rəhbərliyi də bu danışıqlarda iştirak etsin?

Moderator.az-a açıqlama verən siyasi şərhçi Azər Rəşidoğlu bu ehtimalın sıfırın altında olduğunu qeyd etdi:

“Azərbaycan heç bir zaman Qarabağ terrorçuları ilə münaqişə tərəfi kimi danışıqlar masasında əyləşməz. Əslində, heç İrəvan da münaqişə tərəfi deyil. Ermənistan Rusiyanın forpostudur. Biz mahiyyət etibarilə Rusiya ilə savaşırıq. Paşinyan nəyisə dəyişmək imkanında deyil. İrəvan Moskvanın əmrlərinə tabe olan siyasi sistemə malikdir. Bu baxımdan, onun bəyanatlarına ciddi fikir verməyə dəyməz. Biz onun sahibi ilə danışa bilərik, küçədən gələn bir gerizəkalını ciddi fiqur hesab etmirik”.

Diaspora