Ermənilər rüsvay oldu, Serjlə Köçəryan isə... – İgidyan

Ermənilər rüsvay oldu, Serjlə Köçəryan isə... – İgidyan backend

Respublika Partiyası səsverməsi ilə partiya olmadığını və orada öz maraqları naminə böyük nəzarət altında toplandığını göstərdi. Bu, bir növ, alternativ fikrin olmadığı köhnəlmiş kommunist partiyasıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanda ötən gün keçirilən baş nazir seçkilərinə münasibət bildirən politoloq Ovannes İgidyan deyib.

Politoloq bildirib ki, hazırda Ermənistanda bütün xalq, hətta pul alaraq seçkidə Respublika Partiyasına səs verən insanlar belə ayağa qalxıb və müxalif lideri baş nazir görmək istəyir.

“Respublika Partiyasının 800 min səs topladığı barədə əfsanə partladı. Bu balon da eynən respublikaçı Karen Avaqyanın oddan təhlükəli qazla dolu balonlarının partladığı kimi partladı”, - İgidyan bildirib.

“Hesab etmirəm ki, Respublika Partiyasının 58 üzvü arasında öz ağlı ilə hərəkət edən və hər hansı bir şey barədə düşünə bilən heç olmasa bir nəfər var. Onlara millət vəkili olmayan bir nəfər rəhbərlik edir. Hərçənd artıq rəhbərlərin 2 nəfər olması da istisna deyil. Söhbət Serj Sərkisyan və Robert Köçəryandan gedir. İndi onlar qərar qəbul edirlər. Ancaq Respublika Partiyası hazırda Ermənistanda qurban masasına nəyin qoyulduğunu aydınlaşdırmaq üçün ağlını itirib. Hesab edirəm ki, Respublika Partiyasının rejissorları öz növbəsində Məclisin buraxılması və təyin olunmuş vaxt ərzində öz resurslarından istifadə edərək yenidən parlamentə daxil olmaq üçün revanş şəklində vaxtı gecikdirəcəklərini düşünürlər”, - İgidyan bildirib.

O qeyd edib ki, bu ssenari keçməyəcək, xalq heç bir halda buna imkan verməyəcək:

“Ancaq çox təəssüf ki, Ermənistan bu prosesin ədalətli həll ehtimalının olduğunu bütün dünyaya göstərmək şansını itirdi. Həmin 58 millət vəkili beynəlxalq arenada erməni xalqının çətin vəziyyətdə məntiqli qərar qəbul edə bilmədiyi təəssüratını yaradaraq, Ermənistanı rüsvay etdi”.
Diaspora