İngilis mediasından ABŞ-a QALMAQAL ÇAĞIRIŞ

İngilis mediasından ABŞ-a QALMAQAL ÇAĞIRIŞ backend

İngilis "The Times" qəzeti, ABŞ-ın PKK-nı tək qoyduğunu və "Zeytun Budağı" Hərəkatından sonra terror təşkilatının güc itirdiyini yazıb.

Qəzetə görə, "ABŞ müttəfiqlərini və dostlarını tək qoymamalıdır".

İngiltərədə nəşr olunan "The Times" qəzeti, baş məqalələrindən birini Suriyalı Kürdlərə və PKK-nın gələcəyinə ayırıb. Yazıda ABŞ-a "Kürdlərin yanında dayanmağa davam edin" çağırışı edilib.

TALEYİN ÜMİDİNƏ BURAXILIB

BBC Türkcənin verdiyi yazıda, "Böyük güclər, müttəfiqləri ilə qurduğu əlaqələr üzərindən qiymətləndirilir və ittiham olunur. Son 30 ilin ən böyük xarici siyasət uğurlarından biri, Körfəz Müharibəsindən sonra Kürdlərin və İraqlı Şiələrin talenin hökmünə buraxılması olmuşdur. Müharibəni uduzan Səddam Hüseyn, Corc H.W. Buşun çağırışlarını dinləyib, diktaturaya qarşı üsyan qaldıranlara qarşı terror kampaniyası başlamışdı. Eyni səhv bu gün Suriyada təkrarlana bilərmi?
Prezident Tramp həftələrdir IŞİD-in məğlubiyyətə uğradılması ilə birlikdə ABŞ əsgərlərinin və hərbi avadanlığının ən qısa müddətdə Suriyanı tərk edəcəyini deyir. ABŞ prezidenti İŞİD-ə qarşı missiyanın başa çatdığını düşünə bilər. Bəs həqiqətən də vəziyyət elədirmi"? deyə. fikirlər yer alıb.
Yazıda, "İraqda keçirilən müstəqillik referendumundan sonra Kərkükdən çıxarıldılar"deyilərək bu fikirlərə yer verilib:

"AFRİN HƏRƏKATI KÜRD NƏZAƏTİNİ ORTADAN QALDIRDI"

"Suriyadakı silahlı Kürd qruplaşmaları isə Vaşinqton rəhbərliyi tərəfindən terror təşkilatı olaraq qəbul edilən PKK ilə əlaqəlidir. Türkiyə sərhədlərində yaradılacaq hər hansı bir Kürd dövləti qurulmasına heç vaxt imkan verməyəcəyini deyir. Yanvar ayında da keçirilən Afrin hərəkatı ilə regiondakı Kürd nəzarəti aradan qaldırılıb.
Kürdlər sırf Qərbə yardım etmək üçün iŞİD-ə qarşı müharibə etmədilər. IŞİD-ə qarşı durdular, ona görə ki. İŞİD Kürdlərin bölgədəki varlığını və demokratik dövlət əməllərini təhdid edirdi. ABŞ xüsusi təyinatlı qüvvələri və ABŞ silahları ilə dəstəkləndilər, bir çox fədakarlıq etdilər. Bu gün isə İŞİD-in yenidən güc toplamağa çalışdığı bir şəraitdə ABŞ dəstəyini itirmək təhlükəsi ilə üz-üzədir.

ABŞ DOSTLARINI VƏ MÜTTƏFİQLƏRİNİ TƏRK ETMƏMƏLİDİR

"Bu bölgənin çox hissəli, bəzən xaotik və ümumiyyətlə, çox kəskin münaqişələri üçün asan bir həll yoxdur. Ancaq mövcud şərtlərdə seçilə biləcək doğru bir siyasət var. Dünyanın ən böyük demokratik və hərbi gücü, dostlarını və müttəfiqlərini tərk etməməlidir. Nə olursa, olsun, bu prinsip gözlənilməlidir".

Müxalifət.az
Diaspora