Türkiyə: “Yol xəritəsi həyata keçirilsə, YPG Menbiçi tərk edəcək. Əks halda, özümüz müdaxilə edəcəyik”
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeo görüşdən sonra verdiyi açıqlamada deyib: “Yol xəritəsi həyata keçirilərsə, YPG üzvləri Menbiç şəhərini tərk edəcəklər. Tətbiq edilmədiyi təqdirdə Türkiyə özü addım atacaq”.