Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Moskva ilə İrəvan arasında dəmiryol əlaqəsinin yaradılmasını təklif edib.
Teleqraf.com xəbə verir ki, Jirinovski Ermənistanda etirazçıların qarşısındakı çıxışında deyib: “Mən Tbilisidən keçməklə Yerevan-Moskva qatarına minmək istərdim. Sürətli qatar olsun – 20 saata İrəvandan Moskvaya çatsın”.Onun bu fikini dəstəklən insanlar "metro çəkilsin" tələbilə çıxış ediblər. Partiya sədri buna cavab olaraq əlavə edib: “Metro? Metro da olar. İrəvan-Moskva metrosu. Alimlərimiz bunu edə bilər".