Makronun ABŞ-a belə çağırışı istismarçı mövqe tutduğunu göstərir.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makronun ABŞ-a Suriyada hərbi varlığını qorumaq barədə çağırışını şərh edən Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib."Makron ABŞ-a son terrorçu məhv edilənə qədər Suriyada qalmaq barədə çağırış etdi. Fransa lideri az qala əbədi orada qalmaq və Suriyanı yenidən inşa etmək istəyir. Bu, müstəmləkəçi bir mövqedir", - Lavrov söyləyib.