Türkiyəni hədələyən ABŞ-dan YENİ AÇIQLAMA

Türkiyəni hədələyən ABŞ-dan YENİ AÇIQLAMA backend

ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə dövlət katibinin köməkçisi Wess Mitçelin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri satın almağa hazırlaşan Türkiyəyə sanksiya tətbiq ediləcəyi istiqamətindəki hədələyici açıqlamasından sonra, Pentaqon bu məsələdə daha məsuliyyətli yanaşma nümayiş etdirdi.

Nazirliyin sözçüsü Dana Uayt, Pentaqonda keçirdiyi mətbuat konfransında mövzu ilə əlaqədar suala verdiyi cavabda, "Bu raket sistemlərinin uyğunsuzluğu məsələsində Türklərlə danışırıq. Nəticədə, Türklər ən yaxşı strateji maraqları məsələsində özləri qərar verəcək. Bunu müəyyənləşdirəcək olan Ankaradır" deyə, cavab verib.
Uayt, "Türkiyəni bu sistemləri almaqdan çəkindirmə səyləri davam edəcəkmi" sualına da, "Bu raket sisteminin NATO sistemi ilə uyğunsuzluğu mövzusundakı yanaşmalarımızı Türk rəsmilərlə danışırıq" deyə, cavab verib.

Müxalifət.az
Diaspora