Biz Ermənistanın artıq keçmiş prezidenti olan Sərkisyanın idarəçiliyindən yorulmuşuq.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni publisist Lilian Karapetyan paylaşıb.“O, bizim üçün heç nə etməyib. O, yalnız xalqı qarət edib və indi də baş nazir olmaq istəyir. O, çox təhlükəli adamdır”, – deyə o bildirib.
Karapetyan Qarabağ məsələsinə də toxunub və Qarabağın erməni xalqı üçün bəla olduğunu bildirib:
“Qarabağın bizim və ya azərbaycanlıların olması vecimə də deyil. Mənə şəxsən Qarabağ gərək deyil.
Niyə Ukraynada oğrunu devirmək mümkün olur, Ermənistanda isə yox? Əgər kütlə toplaşsa, o zaman Serji də, onun oğru bandasını da devirə bilərik. Nə Qarabağ klanı, nə də Kreml ona kömək edə bilməyəcək”.