Rusiya S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması ilə bağlı ABŞ-ın mövqeyi Ankaraya qarşı şantajdır.
Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.“Cənab Mitçell bildirib ki, S-400-ləri alarsa, Ankara sanksiyaların altına düşə bilər. Bu, şantaj cəhdidir və Amerika şirkətləri üçün vicdansız rəqabəti təmin etmək məqsədi daşıyır”, - o deyib.
Lavrovun sözlərinə görə, NATO-nun baş katibi Yens Stoltenberq bu günlərdə bildirib ki, S-400-lərin alınması haqqında qərar Türkiyənin milli qərarıdır. Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, ABŞ NATO-nun üzvü kimi kollektiv fikrə qulaq asmalıdır.
Daha əvvəl ABŞ-ın dövlət katibi Uess Mitçell bildirib ki, Türkiyə CAATSA qanunu (Amerikanın rəqiblərinə qarşı sanksiyalar yoluyla təsirlər göstərilməsini nəzərdə tutan qanun –red.) çərçivəsində sanksiyalara məruz qala bilər.
/Publika.az/