Türkiyədə növbədənkənar prezident seçkiləri keçiriləcək.
Publika.az Türkkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezident Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri (MHP) Dövlət Baxçalı ilə görüşdən sonra bildirib.O, seçkilərin 2018-ci il iyunun 24-də keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl MHP sədri 2018-ci il avqustun 26-da növbədənkənar seçkilərin keçirilməsini təklif etmişdi. Seçkilərin 2019-cu il noyabrın 3-də keçirilməsi planlaşdırılırdı.