Fransa prezidentindən “TÜRKİYƏ” ETİRAFI! İSTƏMİRƏM

Fransa prezidentindən “TÜRKİYƏ” ETİRAFI! İSTƏMİRƏM backend

Fransa prezidenti Emmanuel Makron, "Qarşı-qarşıya olduğumuz geosiyasi risk, Qərbi Balkan ölkələrinin Rusiya və ya Türkiyəyə doğru yönlənməsidir. Balkan ölkələrinin istiqamətlərinin Türkiyə və ya Rusiyaya doğru olmasını istəmirəm" deyib.

Makron, Strasburqda davam edən Avropa Parlamenti (AP) Baş Assambleyasına müraciət edərək parlamentarların suallarını cavablandırıb.
ABŞ, Böyük Britaniya və Fransanın 7 apreldə Suriyaya qarşı hərbi əməliyyatı ilə bağlı suala cavab verən Makron, bunları qeyd edib:

SURİYAYA ƏMƏLİYYAT

"(Bu əməliyyatın) Nə İraq, nə də Liviya ilə əlaqəsi vardır. Biz Suriya ilə müharibə etməmişik. Biz bizə hücum edən İŞİD-ə qarşı döyüşürük. Tək müharibəmiz budur. 7 ildir ki, Bəşşar Əsədə qarşı müharibə etməməişik. 27 sentyabr 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) qəbul edilən 2118 saylı qətnamədə kimyəvi silah istifadəsi qadağan olunmuşdur. Bu qərar çox dəfə pozulub. Biz terrorizmə qarşı, Əsəd isə öz xalqına qarşı vuruşur".
Makron, Suriyaya beynəlxalq ictimaiyyətin şərəfi üçün müdaxilə etdiklərini dilə gətirib.

BALKAN ÖLKƏLƏRİNİN ÜZÜNÜ TÜRKİYƏYƏ DÖNDƏRMƏSİNİ İSTƏMİRƏM

Makron, sessiya zamanı Qərbi Balkan ölkələrinin Avropa Birliyinə (Aİ) üzvlüyü ilə bağlı açıqlama da verib.
“Qarşı-qarşıya olduğumuz geosiyasi risk, Qərbi Balkan ölkələrinin Rusiya və ya Türkiyəyə doğru yönəlməsidir. Balkan ölkələrinin istiqamətlərini Türkiyə və ya Rusiyaya doğru döndərməsini istəmirəm" deyən Makron, birlik daxilində dəyişikliklər edilməsi və Avropa İttifaqı fikrinin dərinləşdirilməsinin lazım olduğunu söyləyib.
Makron, Avropa İttifaqının 28 üzv ilə problemlər yaşadığını və 32 üzv halına gəlməyə hazır olmadığını qeyd edib.
Qeyd edək ki, Makronun çıxışından əvvəl Avropa Komissiyasının prezidenti Yan Klod Juncker, "Bu ölkələri Aİ perspektivindən kənarlaşdırsaq 1990-cı illərdə yaşadığımız hadisələri yenidən yaşayacağıq. Qərbi Balkanlarda yenidən müharibə dönülməsini istəmirəm" demişdi.

MAKRONA ETİRAZ

Makron danışarkən bəzi AP üzvləri “Suriyada müharibəni dayandırın”, “Əllərinizi Suriyadan çəkin” yazılı şüarları çıxarıb stollarının qarşısına qoyub.

Müxalifət.az
Diaspora