“Rusiyanın ABŞ-a qarşı hansısa əməliyyatlara başlaması inandırıcı görünmür”

“Rusiyanın ABŞ-a qarşı hansısa əməliyyatlara başlaması inandırıcı görünmür” backend

Arzu Nağıyev: “Çətin ki, Rusiya Əsədə görə bu cür əməliyyatlara start versin”

ABŞ, Böyük Brityaniya və Fransanın Suriyada hərbi əməliyyatlara start verməsi bütün dünyanın diqqətini Rusiyaya yönəldib. Səbəb Rusiyanın bu əməliyyatlardan öncə verdiyi bəyanatlardır. Hansı ki, Kreml dəfələrlə bəyan etmişdi ki, Suriyaya qarşı əməliyyatlara laqeyd qalmayacaq, hətta ABŞ-ın atacağı raketləri havadaca zərərsizləşdirəcək.

Maraqlıdır, indiki məqamda Rusiyanın ABŞ-a qarşı hərbi müstəvidə hansısa konkret addımlar atması ehtimalı varmı?

Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev bu ehtimalın aşağı olduğunu vurğuladı:

“Mən genişşəkilli hərbi əməliyyatların başladığını düşünmürəm. ABŞ dəfələrlə bildirmişdi ki, Şərqi Quta və Dumada kimyəvi silahlardan istifadə edilib. Rusiya isə bu məlumatları inkar edirdi. Bu ərazilər Dəməşqə yaxın olduğu üçün B.Əsədin müəyyən kimyəvi silahlardan istifadə etdiyi ehtimalı var idi. Bunu bütün dünya təsdiq edirdi. Və gecə ABŞ, Böyük Britaniya və Fransadan ibarət koalisiya bu obyektləri vurdu. Əsasən dörd obyekt vurukldu ki, bunlardan biri Suriya qvardiyasının yerləşdiyi kazarmalardır. İkincisi, kimyəvi laboratoriyalardır. Daha iki obyekt isə hərbi təinatlı obyektdir. Bunun ardınca Rusiya bəyanatla çıxış edərək BMT Təhlükəsizlik Şurasının toplantısının çağırılmasının zəruriliyini bildirdi.

Əsədə görə Rusiyanın hərbi əməliyyatlara start verəcəyi inandırıcı görünmür. İnandırıcı görünmür ki, Rusiya ABŞ-a qarşı hansısa əməliyyatlara başlaya”.

Diaspora