"BU SAVAŞIN QALİBİ TÜRKİYƏ OLACAQ" - Akfırat

"BU SAVAŞIN QALİBİ TÜRKİYƏ OLACAQ" - Akfırat backend

Muxalifət.az xəbər verir ki, Türkiyə-Çin İşgüzar Əməkdaşlıq və Dostluq Dərnəyinin başçısı Adnan Akfırat Çin ilə ABŞ arasındakı ticarət müharibəsinin Çinə daha çox mal ixrac eləmək baxımından Türkiyə üçün fürsət ola biləcəyini bildirib.

Akfırat “Anadolu Agentliyi”nə müsahibəsində deyib: “ABŞ məhsulları ilə müqayisə edilə biləcək ən mühüm ölkə Türkiyədir. Türkiyə bu imkandan istifadə edərək Çin bazarına var qüvvəsi ilə daxil olmalıdır. Çin ilə ABŞ arasında ticarət müharibəsində qalib biz ola bilərik”.
“Çin Amerikanın onun mallarını əngəlləməsinə başqa ölkələrdən idxalını artıraraq cavab verir. Çin dünyanın ən böyük bazarıdır. Türkiyə istehlak məhsullarında çox ciddi bir potensiala malikdir. Məhsullarımız keyfiyyətlidir, təbiətin verdiyi üstünlüklərlə zəngindir, eyni zamanda Avropa və ABŞ mallarından daha ucuzdur”.

800 min nəfərdən artıq çinli turist gözlənilir

Çində 2018-ci ilin “Turizm ili” elan edildiyini xatırladan Akfırat ilin ilk aylarından etibarən bunun rəqəmlərdə də əks olunduğunu söyləyib. Akfırat deyib: “Türkiyənin Çində tanıdılması işi bir qədər zəifdir. Əvvəlcə bunu həll eləməliyik. Turizm sahəsində çox ciddi bir proses başlamaqdadır. Bu il 800 min nəfərdən artıq çinli turistin gələcəyini güman edirik. Bu mənada turizm sektorunda çinli turistlər üçün hazırlıq aparmalıyıq. Çin yeməklərinə, çin dilini bilən bələdçilərə ehtiyac var”.

Hurriyyet.org
Diaspora