Kreml də Makronu TƏKZİB ETDİ:Türkiyə ilə...

Kreml də Makronu TƏKZİB ETDİ:Türkiyə ilə... backend

Fransa prezidenti Emanuel Makron, Suriyaya həyata keçirdikləri hücum ilə Rusiya-Türkiyə arasındakı əlaqəni pozduqlarını bildirmişdi.

Kreml bu iddiaları rədd edib.

Ölkəsinin ABŞ və İngiltərə ilə birlikdə Suriyanı raketlərlə vurmaqla, Türkiyəni Rusiyadan ayırdığını iddia edən Fransa prezidenti Emmanuel Makronun bu sözləri haqda Kremldən açıqlama gəlib. Kremlin sözçüsü Dmitri Peskov, Suriyaya qarşı təcavüzün Rusiya və Türkiyəni (bir-birindən) ayırmadığını söyləyib.

FƏRQLİ FİKİRLƏR MANEƏ DEYİL

Peskov, Makronun ifadəsinin dəyərləndirilməsi istənincə, “Moskva və Ankaranın danışıqlarının bir sıra məsələdə bir-birindən fərqlilik göstərdiyi heç kim üçün sirr deyil. Ancaq bu vəziyyət, fikir mübadiləsi aparmağa, ya da görüşlərimizdə bu fərqlilikləri dartışmağı əngəlləmir" deyib.

Kreml sözçüsü belə davam edib: "Ən vacibi də, bu fərqliliklər, böyük iqtisadi layihələr və digər müxtəlif layihələrdə əməkdaşlığımızı bir çox cəhətdən inkişaf etdirməyimizdə əks olunmur".

Müxalifət.az
Diaspora