TRAMPDAN ÜÇÜNCÜ TWEET - "Silah yarışını dayandıraqmı?"

TRAMPDAN ÜÇÜNCÜ TWEET - "Silah yarışını dayandıraqmı?" backend

Sosial media hesabı üzərindən Rusiyanı təhdid edərək “Hazır ol Rusiya, raketlər gəlir” deyərək dünyanı heyrətə çevirən ABŞ prezidenti Donald Tramp, Rusiyadan gələn cavabdan sonra sosial mediada ikinci paylaşımla geri addım atdı.

ABŞ prezidenti Tramp, “Raketlər gəlir” mesajından sonra Rusiyadan gələn cavab üzərinə ikinci bir tweet daha atdı və "Rusiya ilə münasibətlərimiz heç bu qədər pis olmayıb. Buna Soyuq Müharibə dövrü də daxildir. Buna nə ehtiyac var? Rusiyanın iqtisadiyyatını düzəltmək üçün bizə ehtiyacı var. Bunu etmək çox asandır. Bütün millətlər birgə çalışmalıyıq. Silah yarışını dayandıraqmı?" deyə, yazdı.

TRAMPDAN ÜÇÜNCÜ TWEET

2 tveetlə ürəyi soyumayan Tramp 3-cü tveeti də atdı: “Rusya ilə yaranan bu ixtilafın səbəbi, bütün Demokrat tərəfdaşlarının, ya da Obama üçün çalışanların başını çəkdiyi saxta və alçaq Rusiya Araşdırmasıdır. Bunlar arasında ən qarmaqarışığı prokuror Mülllerdir. (FISA & Comey məktubunu imzalayan Rosentein istisna). Gizli müqavilə, filan yoxdur, bu səbəblə də çılğına dönürlər".

Müxalifət.az
Diaspora