Binəli Yıldırım: “ABŞ-la Rusiya küçə qoçuları kimi dalaşır”

Binəli Yıldırım: “ABŞ-la Rusiya küçə qoçuları kimi dalaşır” backend

“ABŞ və Rusiya bir-biri ilə küçə qoçuları kimi dalaşırlar”.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım 21-ci Avrasiya İqtisadi Forumunda ABŞ-la Rusiya arasında mövcud gərginliyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, ABŞ-la Rusiya “Twitter” vasitəsilə bir-birlərini hədələyirlər: “Bu gün Balkanlarda sülhün, təhlükəsizliyin, sabitliyin davam edə bilməsi üçün hamımızın üzərinə böyük məsuliyyət düşür. Çünki Orta Şərqdə yetərincə problem var. Başqa bölgələrə bu problemlərin yayılmasının qarşısını mütləq almalıyıq. Türkiyə Balkanlarda bu anlayışla hərəkət edir. Türkiyənin heç vaxt imperialist hədəfi olmayıb. Bundan sonra da olmayacaq. Türkiyə getdiyi yerə yaxşılıq, dostluq, sülh üçün gedir”.
Diaspora