Kadırov FTX-yə qarşı çıxdı: Bağlanmamalıdır

Kadırov FTX-yə qarşı çıxdı: Bağlanmamalıdır backend

Teleqram sosial şəbəkəsinin qadağan olunmasına qarşıyam.

Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.

“Ümid edirəm ki, Rusiya İnformasiya və Kütləvi Kommunikasiya Texnologiyalarına Nəzarət Xidmətinin və Teleqramın rəhbəri ortaq qərara gələ biləcək. Mən hər zaman hakimiyyətlə cəmiyyətin istənilən meydanda, o cümlədən internetdə birbaşa dialoqunun tərəfdarı olmuşam. Ona görə də mənim demək olar ki, bütün sosial şəbəkələrdə hesabım var. Mənim üçün Teleqramdan istifadə çox rahatdır”, – deyə o yazıb.

Qeyd edək ki, Rusiya İnformasiya və Kütləvi Kommunikasiya Texnologiyalarına Nəzarət Xidməti Teleqramın qapadılması ilə bağlı məhkəməyə müraciət edib. Buna səbəb şirkətin Federal Təhlükəsizlik Xidmətinə sosial şəbəkədəki müəyyən yazışmaların açılması üçün tələb olunan açarları verməməsi olub.

Kadırovla FTX arasında münasibətlər son bir neçə il ərzində ən gərgin vəziyyətə çatıb. Bəzi Rusiya ekspertlərinin iddiasına görə, FTX Kadırova həddən artıq müstəqillik verilməsinə qarşı çıxır. Üstəlik, Kadırovun Rusiyanın tərkibində faktiki olaraq öz ordusuna sahib yeganə siyasətçi olması da FTX-nı narahat edir. Bəzi ekspertlər isə Kadırova bu qədər azadlığı verməklə, Putinin zamanla həm FTX, həm də ictimaiyyətə öz hakimiyyətinin möhkəmlənməsi yolunda təsir vasitəsi kimi istifadə etdiyini vurğulayırlar.
Diaspora