Avropa Birliyindən Yünanıstana xəbərdarlıq: TÜRKİYƏ QARŞISINDA ŞANSINIZ YOXDUR

Avropa Birliyindən Yünanıstana xəbərdarlıq: TÜRKİYƏ QARŞISINDA ŞANSINIZ YOXDUR backend

İqtisadi böhran içində çırpınan Yunanıstana Aİ mətbuatından mühüm bir xəbərdarlıq gəlib.

Almaniyanın “Frankfurter Rundschau” qəzeti, Yunanıstanın Türkiyə qarşısında heç bir şansının olmadığını, Türkiyənin Egey dənizində müharibəyə hazır olduğunu bildirib.

Almaniyanın “Frankfurter Rundschau” qəzeti Türk-Yunan münasibətlərindəki gərginliyin təhlükəli bir şəkildə artdığından bəhs edərək, bu vəziyyətin Egey dənizində arzuolunmaz bir qəzaya yol aça biləcəyinə diqqət çəkib.
“Egey dənizində odla oyun” başlıqlı yazıda, Yunanıstan müdafiə nazirinin son açıqlamaları və iki Yunan əsgərinin Türkiyədə həbsdə olması ilə gərilən Afina-Ankara əlaqələrinin pisləşməyə doğru getdiyi vurğulanıb.

AVROPADAN AFİNAYA XƏBƏRDARLIQ

Avropalı diplomatlar Afinaya arzuolunmaz bir qəza barədə xəbərdar edərək müharibənin astanasından dönən 1996-cı ildəki Kardak böhranı da xatırladılıb.

“TÜRKİYƏ İLƏ YARIŞA GİRMƏK ÖLKƏNİ BATIRAR”

Müharibə qığılcımının Egey dənizi üzərində tez-tez yaşanan it dalaşmasında çıxa biləcəyini yazan Alman qəzeti, “Türkiyə ilə silah yarışına girmək Yunanıstanın ehtiyac duyduğu ən son şeydir. Çünki müdafiə xərcləri, ölkənin yavaş-yavaş özünə gəlməyə başladığı maliyyə böhranının səbəblərindən biri sayılır” deyə, qeyd edib.

TÜRKİYƏ MÜHARİBƏYƏ HAZIRDIR

Egey və Ağdənizdəki bölüşdürülməyən neft və təbii qaz yataqları ilə Yunanıstanın terrorçulara və FETÖ üzvlərinə sahib çıxmasından dolayı Türkiyənin müharibəyə hazır olduğu da qeyd olunub.

Müxalifət.az
Diaspora