Rusiyadan PKK/PYD-yə kritik xəbərdarlıq! GÖRMƏYƏCƏKSİNİZ!

Rusiyadan PKK/PYD-yə kritik xəbərdarlıq! GÖRMƏYƏCƏKSİNİZ! backend

Ərəb ölkələrlə Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Vyaçeslav Matuzov, terror təşkilatı PYD-ni xəbərdarlıq edərək "Siz Suriyalısınız yoxsa deyilsiniz" deyə, soruşub.

Suriyadakı Kürdlərin ABŞ-a etibar etməməsini tövsiyə edib.

“Rusiya Bu Gün” beynəlxalq xəbər agentliyinin təşkil etdiyi dəyirmi masasında söz alan Ərəb Ölkələrlə Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Vyaçeslav Matuzov, ABŞ əsgərlərinin bölgədəki varlığı və terror təşkilatı YPG-nin ABŞ-a münasibətinə toxunub.

İlk olaraq ABŞ-ın Suriyadakı varlığını mühakimə edən Matuzov, bu məsələ ilə bağlı şərh verib:

2 MİN ABŞ ƏSGƏRİ KİMİNLƏ DÖYÜŞMƏYİ PLANLAŞDIRIR?

“Amerikalılar, Fəratın şərqində hansı əsasla hərbi bazalarını yaradır? Bildiyimə görə əlavə iki baza daha inşa etməyə başladılar. Əlavə olaraq, İordaniya sərhədindəki Əl Tanf bazası da mövcuddur. Bu problem, beynəlxalq hüququn problemi olmağa başladı və Amerikalıların bu nöqtədə, qanuni əsasda Suriyada qalmaq və mübarizələrini davam etdirmək üçün ən kiçik şansı belə yoxdur. Kimlərə qarşı mübarizə edirlər? Rusiya prezidenti Vladimir Putin dünən dəqiq bir şəkildə, terrorçu quruluşların çoxunun bitdiyini təkrar edib və buradan hərəkət edəndə bu sual ortaya çıxır: 2 min Amerikan əsgəri, indi saylarını artırmaq istəyirlər, kiminlə döyüşməyi planlaşdırır? Silahlı müxalifəti kimə qarşı təşkil edirsiniz? Əl Tanf bazasında kimləri təlim edirsiniz?

ÜMİDSİZ KÜRD DÖVLƏTİ XƏYALI

Suriyəli Kürdlərə də vacib bir sualım var. Kürd dostlar, siz Suriyalısınız, yoxsa, deyilsiniz? Ya Suriya dövlətinin suverenliyini və ölkənin bütün torpaqları üzərindəki hakimiyyətini qəbul edərsəniz, ya da heç bir ümidi olmayan sona, yəni Suriya ərazisində müstəqil Kürd dövləti Rojavanın qurulmasına doğru irəliləyəcəksiniz. Amerikalılar bunu spekulyasiya mövzusu olaraq istifadə edir.
Suriya müxalifətinin təşkilatçılarından biri olan keçmiş ABŞ-ın Dəməşq səfiri Robert Ford, bu haqda doğru fikri dilə gətirmişdi. Robert Ford Suriya müxalifətinə müraciət edib, "Dostlar siz itirdiniz, Bəşər Əsəd qazandı, taktikanızı dəyişdirin, Suriya rəhbərliyi real hakimiyyətdir. Sonra Kürdlərə müraciət edərək," Cənab Kürdlər, Amerikalılarla deyil, Suriya hökumətilə əlaqə saxlamalısınız” demişdi.

AMERİKAYA BEL BAĞLAYIRSINIZSA...


Əgər milli arzularınızın həyata keçirilməsi, öz dövlətinizin yaradılması barədə Amerikalıların dəstəyinə bel bağlayırsınızsa, çox böyük səhv edirsiniz. Son anda dönüb baxdığınız zaman arxanızda Amerikalıları görməyəcəksiniz".

Müxalifət.az
Diaspora