İsrail Qəzza zolağını blokadada saxlamaqla, Fələstin torpaqlarını işğalını davam etdirməklə, beynəlxalq hüququ kobud şəkildə pozur.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində Fələstin üzrə nazirlər komitəsinin iclasında çıxışı zamanı İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.O qeyd edib ki, İsrail sadə fələstinlilərin hüquqlarını pozmağa davam edir: “Son cümə günü Qəzza zolağında fələstinlilərə qarşı daha bir zorakılıq aktı olub. 20-dən çox fələstinli qətlə yetirilib, 200-ə yaxın adam yaralanıb. Biz fələstinli qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik. Biz NAM-ın Qəzza zolağının blokadasının dərhal aradan qaldırılması ilə bağlı tələbini dəstəkləyirik. İran fələstinli qardaşlarına dəstək olaraq İsraili dövlət kimi tanımamağa davam edəcək”.