ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini görüş üçün Ağ Evə dəvət edib.
Bu informasiya bir çoxlarında şok effekti yaradıb.Bu addımın nəticələri haqqında bu gün bir çox jurnalistlər və siyasətçilər danışır, media orqanlarında müzakirələr gedir.
Bu məlumatı ilk dəfə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov səsləndirib. O, bununla bağlı Putin – Tramp telefon danışığından iki həftə sonra açıqlama verib. Vaşinqton məlumatı təsdiq etdi.
Bəs bu məlumatı yaymaqda Uşakovun məqsədi nə idi? Uşakov bununla Putinin çəkisini göstərmək və amerikalılara zərbə vurmaq istəyib. “ABŞ rus diplomatları ölkədən çıxardığı və Rusiyanın Sietledəki konsulluğu bağladığı dövrdə Tramp Putinə Ağ Evdə görüş təklif edib”, – Uşakov deyib.
Tramp telefon danışığı zamanı Putin ilə Ağ Evdə görüş barəsində danışdımı? Amerika prezidenti siyasətçi deyil, biznesmen və şoumendir. Və onun sözlərinə münasibət təcrübəli siyasətçidən tamamilə fərqlidir. Tramp nəticələrini düşünmədən danışmağı bacarır. O, bu fikri nəzakət xatirinə deyib. Təcrübəli siyasətçilər isə bundan taktiki gediş kimi istifadə edir.
O, telefon danışığı zamanı Putinlə görüş və müzakirələr barədə danışıb. İstənilən yerdə görüş ola, hətta o, Putini Ağ Evə də dəvət edə bilərdi. Tramp üçün bu söz dəqiq bir şey demək deyil. Putin üçün də həmçinin belədir. Kremldə gözəl bilirlər ki, amerikalı liderin bu sözləri peşəkar siyasətçiyə aid deyil.
Bu səbəbdən dəvət Moskvanı o qədər də sevindirmədi. Buna görə dəvət barəsində amerikalılara zərbə endirmək qərarına gəldilər. Və bu zərbə ilə Rusiya istədiyi nəticəni əldə etdi. Bundan sonra Putinin Ağ Evə görüş üçün getməyəcəyinə şübhə yoxdur.
Axar.az