Türkiyə-Rusiya-İran arasında strateji alyans son illər güclənib.
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib.“Bu alyansın qarşısında çoxlu maneələr dayanır, amma o maneələri çətinliklə də olsa, aşmaq mümkün olur. Bu gün belə bir müttəfiqliyi ləğv edəcək heç bir güc yoxdur. Bu ittifaq Cənubi Qafqaza necə təsir edəcək? Sizi Ermənistan maraqlandırır. Məsələ ondan ibarətdir ki, Rusiya heç vaxt öz müttəfiqlərini satmaq üçün kimlərləsə dostluq etmir. Ermənistan Rusiyanın geosiyasi maraqlar strukturunda dayanır. Narahat olmağa ehtiyac yoxdur. Türkiyə ilə yaxınlaşma Moskva və İrəvan arasındakı münasibətlərə heç cür təsir etmir. İkincisi, Türkiyənin Ermənistanla bir sıra tarixi məsələləri çıxmaq şərti ilə heç bir geosiyasi və simvolik problemləri yoxdur. Burada əsas məsələ Rusiya, Türkiyə və İranın yaxınlaşdığı məqamda Ermənistan və Azərbaycanın bu üçbucaqda özlərinə yer axtarmasıdır. Faktiki olaraq Bakı bunu etməyə başlayıb. Bakı bu prosesi görüb, anlayır ki, Moskvanın hansısa regional problemin həlli üçün heç bir alternativi yoxdur. Digər tərəfdən onu da demək lazımdır ki, İrəvan çoxdan bunu anlayıb. Məncə, bu gün nə Bakı, nə də İrəvanın manevr üçün real azadlığı var. Nə Bakı, nə də İrəvan Moskvaya ultimatum verib deyə bilər ki, əgər siz Qarabağ problemini həll etməsəniz, biz düşməninizin yanına gedəcəyik. Ona görə ki, hətta regional güclər olan Türkiyə və İran da Moskvaya qarşı çıxa bilmirlər və Moskvanın yanında yer alırlar. Amerikalılar sübut edirlər ki, onlar özlərinin həyati önəm kəsb maraqlarının olduğu zonalarda belə problemləri həll edə bilmirlər. Ona görə də bu, Rusiyanın müttəfiqi olan İrəvana və Rusiya ilə son zamanlar yaxınlaşan Bakıya bu üçbucaqda yerini tapmaları üçün təsir edəcək. Qarabağ konfliktinin balanslaşdırılmış həllini axtarmaq lazımdır, amma Ermənistan və ya Qarabağ məsələsi Rusiya-Türkiyə görüşləri, eləcə də Rusiya-Türkiyə-İran əməkdaşlığı çərçivəsində müzakirə edilmir”, – deyə o bildirib.