Putin: Bu, Türkiyə iqtisadiyyatında yeni mərhələdir

Putin: Bu, Türkiyə iqtisadiyyatında yeni mərhələdir backend

"Akkuyu Atom Elektrik Stansiyasının (AES) inşası Türkiyə iqtisadiyyatında yeni mərhələnin başlanğıcı olacaq".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyədə Akkuyu AES-in birinci blokunun tikintisinin başlanması mərasimində bildirib.

Onun sözlərinə görə, AES-in ikinci bloku 2023-cü ilədək inşa ediləcək. Onun açılışı Türkiyə Respublikasının yaranmasının 100 illiyinə həsr olunacaq

"Türkiyə texniki və iqtisadiyyat baxımından yüksək inkişaf etmiş dövlətdir. Akkuyu AES-in tikintisindən sonra Türkiyə daha da inkişaf edəcək", deyə Putin qeyd edib.

Diaspora