Maşın almaq istəyənlə, iş qurmaq istəyənlərin kredit borcları fərqləndirilməldir.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında “Banklar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:“Bu məsələdə insanların vəziyyəti nəzərə alınmalıdır. İnsanlar var ki, yaslarını keçirmək üçün kredit götürür. Onları qınamaq olmaz, bu, milli dəyərlərlə bağlı olan məsələdir, onların da vəziyyəti nəzərə alınmalıdır. Maliyyə Nəzarət Şurası yaratdıq, iki il keçsə də, heç bir səs yoxdur. Banklarda rəhbərlik dəyişir, ancaq Milli Məclis qarşısında hesabat verərək hansı dəyişikliklər etdiklərini ortaya qoymurlar. Valyutadəyişmə məntəqələrinin yenidən bərpa edilməsi ilə bağlı qanun qəbul etdik, amma bu məsələ də kiminsə inhisarında olduğundan gerçəkləşmir. Sovet dövründə banklarda qalan pullar prezidentin iradəsi ilə geri qaytarılır. Bu vaxta qədər 2 milyardan artıq pul geri qaytarılıb. Amma hər şeyi dövlətdən gözləmək olmaz. Ziyad Səmədzadə, hesab edirəm ki, növbəti dəfə bu istiqamətdə qanun layihələri irəli sürülərkən bu məsələ nəzərə alınmalıdır”.