Putin Ərdoğanla nələri müzakirə edəcək? - Açıqlama

Putin Ərdoğanla nələri müzakirə edəcək? - Açıqlama backend

Kremlin xarici siyasət üzrə nümayəndəsi Yuri Uşakov Rusiya prezidenti Vladimir Putinin sabah reallaşacaq Ankara səfərinin proqramını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, aprelin 3-də Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının yeddinci toplantısı Ərdoğan və Putinin rəhbərliyi ilə keçiriləcək.

Toplantıda Türkiyə-Rusiya əlaqələrinin bütün istiqamətləri müzakirə ediləcək. Suriyada yaşanan böhran, enerji sektorunda əməkdaşlıq, Türkiyə pomidorunun Rusiyaya idxalı mövzularında da fikir mübadiləsi aparılacaq.

Uşakov bildirib ki, iki ölkə "QAZel Business" layihəsi çərçivəsində avtomobillərin yığılması bağlı əməkdaşlıq etmək niyyətindədir: "Rusiyanın QAZ Qrup holdinqi Türkiyəyə investisiyanın həcmini artırmaq niyyətindədir. Həmçinin QAZel Next, Ural Nextin Türkiyədə filiallarını açmaq niyyətindəyik. Hazırda Türkiyənin 12 şirkəti Rusiyaya pomidor idxal edir. Bu məsələ də müzakirə ediləcək".

Uşakov əlavə edib ki, Türkiyə rus turistlərin diqqət mərkəzindədir: "Ötən il 4,7 milyon Rusiya vətəndaşı Türkiyəyə turist səfər edib. 2014-cü ildə bu göstərici 4,5 milyon idi".

Liderlər nəqliyyat, İKT, qadın və uşaqların hüquqlarının müdafiəsi, idman kimi sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

Putin Ankara səfəri çərçivəsində Akkuyu nüvə stansiyasının təməlini qoyacaq.

Aprelin 4-də isə Türkiyə, İran və Rusiya prezidentləri Ankarada görüşəcək. Görüşdə Suriya mövzusunda müzakirələrə start veriləcək.

Diaspora