Solovyov: Rusiyada Maydan təhlükəsi var

Solovyov: Rusiyada Maydan təhlükəsi var backend

Rusiya qanunvericiliyi yaşadığımız həyatın reallığından çox geri qalır.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalist Vladimir Solovyov söyləyib. O, Kemerovo olayından sonra baş verən mitinqlərin insanların haqqı olduğunu, lakin bunun fərqli şəkildə istifadə edildiyini deyib:

“Bizə qorxulu dərs verdilər. Bu, öz ərazimizdən kənarda baş verdi. Biz Maydanı gördük. Maydan bizim ictimaiyyətə çox şey verdi, amma qanunvericilik bazasında əks olunmadı.

Biz mitinqlərin və toplantılara münasibəti yenidən nəzərdən keçirməliyik. Bir tərəfdən bizdəki 31-ci maddəyə görə, hər kəsin buna haqqı çatır, digər tərəfdən isə insanların təhlükəsizliyini necə təmin edək? Deyək ki, 15-20 min insan mitinqə çıxır. Bundan sonra kütləyə bir neçə “Molotov kokteyli” butılkası atılır. Sonra nə baş verəcək?” – deyə o bildirib.
Diaspora