Nazirdən hərbçilərə əmr: Sonuna qədər rəhmsiz olun!

Nazirdən hərbçilərə əmr: Sonuna qədər rəhmsiz olun! backend

Terrorçulara qarşı sonuna qədər rəhmsiz olun.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Siirt vilayətinin Eruh mahalında 5 türk əsgərinin şəhid olması ilə bağlı hərbçilər qarşısında çıxışında deyib.

“Başımız sağ olsun. Şəhidlərin qanını yerdə qoymadığınız üçün Allah sizdən razı olsun. Heç bir yerdə onlara həyat haqqı verməyin. Övladlarımızın qanı yerdə qalmasın”, - nazir bildirib.

Qeyd edək ki, Türkiyənin Siirt şəhərinin Eruh mahalında PKK-nın Ormanardı hərbi bazası hücumu nəticəsində 5 hərbçi şəhid olub, 7-si isə yaralanmışdı.

Ardınca ordunun qətiyyətli əməliyyatı nəticəsində 5 terrorçu zərərsizləşdirildi.
Diaspora