BMT-nin Liberiyada cəmləşən sülhməramlı qüvvələrinin hamısı geri çəkildi.
Axar.az xəbər verir ki, bu barədə danışan Liberiya Prezidenti Corc Veah sülhməramlı qüvvələrə təşəkkür edib."Ən qaranlıq günlərimizdə BMT bizim yanımızda oldu. Sizə söz veririk, bir daha döyüşməyəcəyik", - Veah BMT-yə müraciətində bildirib.
Qeyd edək ki, BMT sülhməramlıları 15 ildir Liberiyada vətəndaş müharibəsinin qarşısını almaq üçün fəaliyyət göstərib.