Amaşov: Fransanda güllələnən həmyerlimiz jurnalist...

Amaşov: Fransanda güllələnən həmyerlimiz jurnalist... backend

Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində Rahim Şəkinski olaraq göstərilən Rahim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib.

Yayılmış informasiyalarda həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib. Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rahim Namazov adlı jurnalist olmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının Şurasının sədri Əflatun Amaşov bildirib.

O qeyd edib ki, bu ad ölkənin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır:

“Xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var. Çox güman ki, Rahim Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür. Kütləvi informasiya vasitələrimizin, xüsusən də internet informasiya resurslarımızın təmsilçilərindən xahiş edirəm ki, bunu nəzərə alsınlar”.

Qeyd edək ki, R.Namazov və arvadı Fransada güllələnib. Hazırda onun vəziyyəti ağırdır, həyat yoldaşı isə xəstəxanada ölüb. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir. R.Namazov kriminal aləmdə Opasnı Roma və Rahim Şəkinski kimi də tanınırmış.
Diaspora