ALMANİYA etiraf etdi: TÜRKİYƏ HƏTTA...-FOTO

ALMANİYA etiraf etdi: TÜRKİYƏ HƏTTA...-FOTO backend

Alman mediasından etiraf kimi Türkiyə xəbəri: “Hətta Çini də arxada qoydular”

Hurriyyet.org xəbər verir ki, Almaniyada dərc eilən “Der Spiegel” jurnalında bütün təzyiqlərə rəğmən Türkiyə iqtisadiyyarının Çin iqtisadiyyatından belə daha sürətlə inkişaf elədiyi barəsində məlumat verilib. Qərbin Türkiyəyə qarşı təzyiqlərinin etirafı kimi yazılan yazıda prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli rəhbər olduğu da vurğulanıb.

2023-cü il hədəflərinə doğru əmin addımlarla irəliləyən Türkiyə Avropa ilə Amerikanın bütün səylərinə rəğmən iqtisadiyyatda böyük bir inkişaf rəqəminə nail olub. 2017-ci ildə terrorlara və iqtisadi əməliyyatlara güclü müqavimət göstərən Türkiyə istisadiyyatı 7,4% artım əldə edib.

Türkiyə Çini də arxada qoyub

“Der Spiegel” yazır ki, Türkiyə ötən ilk əldə elədiyi 7,4 faizlik artımla dünyanın ən sürətlə inkişaf edən ölkələri olan Çin və Hindistanı geridə qoyaraq bu göstərici üzrə G-20 ölkələri arasında birinci olub.



Diaspora