Angelika Zaxarova: Qaregin Nijdenin Yerevandakı abidəsi sokülməlidir"

Angelika Zaxarova: Qaregin Nijdenin Yerevandakı abidəsi sokülməlidir" backend

"Bu gün Cənubi Qafqazda faşizm və milliyyətçilik, separatizm kimi meyllərin artması bizi ciddi narahat edir.

Xüsusən də Hitlerin sağ əli olmuş, faşizm ideologiyasina xidmət etmiş Qaregin Nijdeyə Ermənistanda, Yerevanın mərkəzində abidə qoyulması çox ciddi narahatlıq doğurur. Bu abidə götürülməlidir".


"Report"un Gürcüstan burosu xəbər verir ki, bu sözləri Tbilisidə keçirilən "Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümü ərəfəsində faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə: Tarixi "ədalət" ya da təhlükəli tendensiyalar?" mövzusunda beynəlxalq konfransın əsas təşkilatçısı, Gürcüstan Slavyan Xalqları Konqresinin sədri Angelika Zaxarova jurnalistlərə müsahibəsində deyib.

O, bildirib ki, konfransda bu məsələ ciddi muzakirə olunub və sonda dunya birliyinə, beynəlxalq təşkilatlara muraciət qəbul olunub. Müraciətdə Yerevanın mərkəzində faşizm ideologiyasının qulluqçusu olmuş Qaregin Nijdenin abidəsinin götürülməsi tələb olunur.
Diaspora