İranda nəşr edilən “Tehran Times” qəzeti, Afrinə qarşı keçirilən hərəkatı "İşğal" kimi səciyyələndirib.
Suriya və İraqda illərdir müxtəlif terror təşkilatları ilə əməkdaşlıq edən İran, Türkiyənin regionda atdığı addımlardan narahatdır.İRANIN HƏDƏFİ TÜRKİYƏ
Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatlarının təhdidlərinə qarşı başlatdığı “Zeytun Budağı” Hərəkatına ilk gündən bu yana qarşı çıxan İran mediası da Türkiyə əleyhinə beynəlxalq ictimai rəy formalaşdırmağa çalışır.
Ölkədə nəşr edilən “Tehran Times” qəzeti, Afrinin TSQ-nin nəzarətinə keçməsini işğal kimi təqdim edib.
Türkiyənin regiondan dərhal çıxmasının lazım olduğunu qeyd edən İran mediası, bu cür yazıları ilə dolayısı ilə terror təşkilatı YPG-yə dəstəyini nümayiş etdirib.
Müxalifət.az