Əminəm ki, bir gün Türkiyə Avropa Birliyinə (AB) üzv olacaq.
Axar.az xəbər verir ki, bunu Avropa Komissiyası rəhbərinin keçmiş köməkçisi Günter Verhegen deyib.“Türkiyə və AB-nin hədəfləri eyni yöndədir. Düşünürəm ki, bir-birilərinə ehtiyacları var”, - deyə keçmiş diplomat bildirib.
Jurnalistin “Almaniya kansleri Angela Merkelin seçkilərdə qalib olmasında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rolu olubmu?” sualına Verhegen belə cavab verib:
“Bunun cavabı olduqca aydındır. Türkiyə və Almaniya arasında miqrant razılaşması olmasaydı, Merkel seçkilərdə qalib ola bilməzdi?”