Türkiyə Rusiyanın dəstəyi olmadan uğur əldə edə bilməzdi. Ruslar bizi xəyal qırıqlığına uğratdı. Çünki Suriyaya gəldikləri zaman bəzi məsuliyyətləri var idi.
Suriya ərazilərini qoruyacaqlarına dair söz vermişdilər.\Muxalifət.az xəbər verir ki, bu sözləri YPG terror təşkilatının sabiq həmsədri Saleh Müslüm Stokholmda AFR-ə müsahibəsi əsnasında deyib.
Terror təşkilatının sabiq rəhbəri əlavə edib ki, Afrindən geri çəkilən terrorçular savaşmaqda davam edəcək:
“Afrindən geri çəkilmək yanlış anlaşılmadan və səhv məlumatlandırma səbəbindən olub”.
Qeyd edək ki, PYD-nin sabiq həmsədri Saleh Müslüm Türkiyə tərəfindən qırmızı bülletenlə axtarışa verilib.