Züqanov: Rəsmi şəkildə elan edirəm, Putin...

Züqanov: Rəsmi şəkildə elan edirəm, Putin... backend

Rusiya Federasiyası Kommunist Partiyasının paralel hesablamalarına əsasən, Vladimir Putin istisnasız olaraq ölkənin bütün regionlarında seçkilərin vahid lideri olub.

Axar.az xəbər verir ki, bu sözləri RF Kommunist Partiyasının lideri Gennadi Züqanov deyib.

“Biz paralel hesablama aparmışıq. Rəsmi şəkildə elan edirəm, Putin istisnasız olaraq RF-nın bütün subyektlərində seçkilərdə qələbə qazanıb”, - Züqanov bildirib.

Qeyd edək ki, Vladimir Putin martın 18-də keçirilən seçkilərdə 76.68 faiz səs toplamaqla növbəti müddətə Rusiya Federasiyasının prezidenti seçilib.

Diaspora