MƏLİKYAN: İran 30 milyonluq azərbaycanlıdan qorxur, yoxsa…

MƏLİKYAN: İran 30 milyonluq azərbaycanlıdan qorxur, yoxsa… backend

İranın Dağlıq Qarabağ və qondarma erməni soyqrımı məsələsində mövqeyi Ermənistanla eynidir.

Muxalifət.az xəbər verir ki, bunu Tehranda nəşr olunan “Alik” qəzetinin baş redaktoru Derenik Məlikyan erməni saytına müsahibəsində deyib.

“Pantürkizmin təbliğatı antiiran təbliğatı sayılır və hökumət problemləri fars manerasına uyğun olaraq sakit və təmkinlə həll edir. Azərbaycan və Türkiyəyə qarşı İran neytral siyasət yürüdür. İranın “erməni soyqrımı” və Dağlıq Qarabağ məsələsində mövqeyi Ermənistanla eynidir, amma zahirən neytral mövqe sərgiləyir. Əks təqdirdə hökumət ölkədə yaşayan 30 milyonluq türkün qəzəbinə tuş gələr”.
Derenik Məlikyan İranda yaşayan gənc erməni nəslinin kütləvi şəkildə ölkədən getməsi səbəbinə də toxunub:
“Xarici aləmlə əlaqə quran İrandakı gənc ermənilər görürlər ki, onların Amerikadakı həmyaşıdları daha azaddırlar və qadağasız həyat yaşayırlar. Ölkədən gedənlərin əksəriyyəti Amerikaya üz tutur. Lakin Donald Trampın son siyasəti nəticəsində hazırda onlar heç yerə gedə bilmirlər. Çoxları viza almaq üçün gözləyir”, - deyə Məlikyan bildirib.
Diaspora