Senatorlardan Türkiyə tələbi: S-400-lər...

Senatorlardan Türkiyə tələbi: S-400-lər... backend

ABŞ senatorları Dövlət Departamentinə müraciət edərək, Türkiyənin S-400 almasının CAATSA qanuna qarşı olub-olmasının müəyyən edilməsini tələb ediblər.

Axar.az xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinə göndərilən məktubda yer alıb. Məktubda senatorlar həmçinin Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Qətərə də S-400-lərin satılması haqda məlumat istəyiblər.

Qeyd edək ki, CAATSA qanunu keçən il qəbul edilib. Qanuna əsasən, Rusiya hərbi sənaye komplekslərinə sanksiyalar tətbiq edilib. ABŞ həmçinin bu qanun çərçivəsində Rusiyadan silah alan ölkələrə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Diaspora